22 Yanvar 2021 19:03

Çinin korona sirri: ÜST-ə niyə icazə verilmir?

Çinin hakimiyyəti COVİD-19-un mənşəyini öyrənmək məqsədilə bu ölkəyə səfər etmək istəyən ÜST ekspertləri üçün lazımi icazə sənədlərini hələ hazırlamayıb.

Turkustan.info xəbər verir ki, bu sözləri ÜST-ün baş direktrou Tedros Qebreyesus deyib.

“Bu gün biz öyrəndik ki, Çin hakimiyyəti komandanın səfəri üçün lazımi icazəni sənədlərini hazır etməyib. Mən çox narahatam. Qrupun artıq 2 üzvü yola çıxıb, digərləri isə son dəqiqədə getməkdən imtina edib”, – deyə ÜST rəhbəri bildirib.  /Axar.az/

Paylaş: