25 Yanvar 2021 22:58

SON DƏQİQƏ! İlham Əliyev onu NAZİR TƏYİN ETDİ

Prezident İlham Əliyev Anar Qabil oğlu Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezidentin rəsmi saytı məlumat yayıb.

Bu sərəncamla “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv edilib.

Dövlət başçısının digər sərəncamı ilə A.Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.

Paylaş: