19 Yanvar 2021 06:21

Türkiyə ordusu hərəkətə keçdi: Bölgəyə qoşunlarını yığır

Suriyada Əsəd rejimi qüvvələri İdlib və ətrafına hərbi texnikalar yığmağa başlayıb.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Buna qarşılıq olaraq Türkiyə Silahlı Qüvvələri də qarşı tərəfin hücum ehtimalına qarşı hərəkətə keçib. Bölgəyə çoxlu sayda zirehli nəqliyyat vasitəsi, zirehli texnika, tank, güllə keçirməyən təhlükəsizlik kabinələri və hərbi radarlar göndərilib.

Bundan başqa, rejimin hücum ehtimallarına qarşı ərazidə yeni postlar yaradılıb və səngərlər qazılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədən İdlib istiqamətində hərəkət edən hərbi konvoya hücum edilib. Hücum zamanı can itkisi qeydə alınmayıb. Bundan sonra Türkiyə ordusunun bölgədə genişmiqyaslı əməliyyatlara başladığı bildirilir.   /Axar.az/

Paylaş: