22 Yanvar 2021 18:57

İran bu gün ABŞ-dan Qasım Süleymaninin qisasını alacaq? – Şok iddia

ABŞ-da hava nəqliyyatı nəzarət kontorları tərəfindən eşidilən səs yazısı ciddi rezonansa səbəb olub. Federal Təhqiqatlar Bürosu (FTB), Federal Aviasiya İdarəsi və bir çox qurumlar zaman itirmədən yayımlanan səs yazısını araşdırmağa başlayıb. Səs yazısında fəlakətlə nəticələnəcək təhdidin yanvarın 6-da baş verəcəyi bildirilib.

Turkustan.info xatırladır ki, ABŞ-ın CBS kanalı qorxunc səs yazısını dünyaya duyurub.

İranlı general Qasım Süleymaninin intiqamının alınacağı bir il öncədən elan olunmuşdu. Amma yayımlanan səs yazısının gerçək olub-olmadığını ABŞ dərhal araşdırmağa başlayıb. Kəşfiyat və hüquq-mühafizə orqanları dərhal hərəkətə keçib.

Səs yazısında açıq qeyd olunur ki, Qasım Süleymaninin intiqamı dəhşətli şəkildə alınacaq. Başqa sözlə, Co Baydeninin seçkilərdə qələbə qazandığını Konqres rəsmiləşdirdiyi gün – 6 yanvar təyyarə həmin yeri yerlə bir edəcək.

FTB, MKİ, Federal Aviasiya İdarəsi “Çərşənbə günü Konqresin binasına uçuruq. Süleymaninin intiqamı alınacaq” şəklində təhdid yaradan səs qeydlərini araşdırır.

Bu səs yazısının kimin göndərdiyi hələ bəlli deyil. CBS kanalının araşdırmasına görə, təhdid inandırıcı ola bilər. Pentaqon və digər qurumlar da artıq brifinq keçirərək, qəti mövqelərini ortaya qoyublar.

FTB araşdırma haqqında şərh verməsə də, təhlükəsizliklə bağlı zorakı təhdidlərin ciddiyə alındığını elan edib.

Federal Aviasiya Təşkilatı bəyan edib ki, hava təhlükəsizliyinə təsir edə biləcək hər hansı bir təhlükəsizlik təhdidi məsələsində beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq içində çalışır.

Adı anonim saxlanılan rəsmi şəxs CNN kanalına bildirib ki, bu təhdid kəşfiyyat məlumatları ilə uyğunluq təşkil etmir.

Qeyd edək ki, Tehran prokuroru Əli Əlkasımer iyun ayında ABŞ Prezidenti Tramp və daha 35 nəfər haqqında general Qasım Süeymaninin ölümünə görə həbs qərarı çıxarıb.

Ötən gün isə İran hökuməti Prezident Tramp və daha 47 nəfərin həbs edilməsi üçün İnterpola müraciət edib. (teleqraf.com)

Paylaş: