22 Yanvar 2021 19:07

Nikol qorxudan kilsəyə gəlmədi, özünü “təcrid etdi”

Ermənistan Baş naziri Nikol Paşinyan özünü təcrid edib.

Turkustan.info xəbər verir ki, bu barədə baş nazirin sözçüsü Mane Gevorkyan mediaya açıqlamasında deyib.

O bildirib ki, özünütəcridin səbəbi ölkədəki epidemoloji vəziyyətdir.

Maraqlıdır ki, Gevorkyan Paşinyanın koronavirus testi verib-vermədiyi barədə sualdan yayınıb.

Qeyd edək ki, Ermənistanda son sutkada 309 yoluxma faktı aşkarlanıb ki, bu da “özünütəcrid” üçün yüksək rəqəm sayılmır.

Bu gün isə Ermənistanda İsa peyğəmbərin doğulması ilə bağlı bayram qeyd edilir. Prezident və baş nazir kilsədə təşkil edilən mərasimdə iştirak etməyib. Armen Sərkisyan yeni növ koronavirusa yoluxduğunu ötən gün elan edib. Paşinyanın isə “özünütəcridə görə” tədbirdə iştirak etmədiyinin bildirilməsi birmənalı qarşılanmayıb.

Bir çoxları onun xalq arasına çıxmaqdan qorxduğu üçün gizləndiyini, bəziləri isə kilsə ilə münasibətlərinin pis olması və kilsəyə buraxılmayacağını bildiyinə görə gəlmədiyini iddia edir. (axar.az)

Paylaş: