23 Yanvar 2021 22:01

Türkiyədən İLK RƏSMİ REAKSİYA: “ABŞ-da tərəfləri…”

“ABŞ-da prezident seçkilərindən sonra bu gün nümayişçilər tərəfindən Konqres binasına basqın cəhdinə qədər baş verən daxili prosesləri narahatlıqla izləyirik”.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.

Açıqlamada deyilir: “ABŞ-dakı bütün tərəfləri mötədil və sağlam düşüncədən istifadə etməyə dəvət edirik. ABŞ-ın bu daxili siyasi böhrandan yetkinliklə çıxacağına inanırıq.

ABŞ-dakı vətəndaşlarımızın izdihamlı yerlərdən və şouların keçirildiyi yerlərdən uzaq durmalarını tövsiyə edirik”.

Paylaş: