23 Yanvar 2021 21:39

“Müstəqillik hər şeydən üstündür” – Tokayev məqalə yazdı

“Kazaxstanskaya pravda” qəzetinin yeni buraxılışında dövlət başçısı Kasım-Jomart Tokayevin “Müstəqillik hər şeydən üstündür” adlı məqaləsi çıxıb.

“Bu il Qazaxıstanın müstəqilliyinin 30 ili tamam olur. Bu, dirçəlmiş qazax dövlətçiliyinin, əcdadlarımızın arzu etdiyi azadlığın möhkəmlənməsi üçün önəmli tarixdir. Tarix üçün 30 il –göz qırpımında keçən bir məqamdır. Lakin, bir çox xalqlar üçün bu, çətinliklər və sevinclər, böhranlar və yüksəlişlərlə dolu bir dövrdür (erasıdır). Biz, elə bu yolla da gedirik”, – deyə, prezidentin məqaləsində qeyd olunur. Tokayev, Qazaxıstanın ölkə müstəqilliyinin hər onilliyində əldə etdiyi uğurları sadalayıb.

“Qazaxıstan vahid dövlətdir. Ölkəmiz cənuba, şimala, qərbə və şərqə bölünmür. Bunlar sadəcə şərti adlardır”, – deyə, prezident qeyd edib. “Biz milli maraqları istənilən üsulla qorumalıyıq”, – deyə, dövlət başçısı məqalədə yazıb. O, bir daha vurğulayıb ki, Qazaxıstan torpağı əcnəbilərə satılmayacaq.

“Torpaq Məcəlləsinin bəzi müddəalarla bağlı moratoriumu gələn il bitir. Dövriyyəyə kənd təsərrüfatı məqsədli torpaqları daxil etmək və əhalinin rifahı naminə istifadə etmək çox vacibdir. Ona görə də, bu il, torpaq məsələləri üzrə komissiyanı yaratmaq lazımdır”, – deyə, Tokayev yazıb.

Dövlət başçısı Novruz bayramının qeyd edilməsi konsepsiyanın yaradılması vacibliyini qeyd edib. Həmçinin, o, məsul qövlət orqanlara və telekanallara tarix üzrə istiqamətləri inkişaf etdirməyi tapşırıb. 2021-ci il Qazaxıstanın Müstəqilliyyinin 30-illiyinin qeyd olunmasına həsr olunub. Bundan öncə prezident qeyd edirdi ki, “yubiley iqtisadi və siyasi islahatların həyata keçirilməsi, rəqəmsallaşma, uşaq və əlil haqlarının qorunması, ekologiya problemlərin həlli ilə bağlı olacaq”.

Paylaş: