22 Yanvar 2021 19:14

Konqres təsdiqlədi – Cozef Bayden ABŞ prezidentidir

ABŞ Konqresi Vaşinqtonda yaşanan xaosa baxmayaraq, Cozef Baydenin ABŞ prezidentliyinə seçilməsini təsdiqləyib.

Müzakirələrin nəticələrinə əsasən, Baydenin Konqres tərəfindən təsdiqlənmiş 270-dən çox səsi topladığı qeyd edilib.

Konqresdəki seçici səslərinin təsdiqlənməsi prezident seçkilərinin nəticələrinə qarşı hər hansı etiraz üçün konstitusion fürsətin yolunu bağlayır.

Xatırladaq ki, 6 yanvarda Konqres binasında hazırkı ABŞ Prezidenti Donald Trampın tərəfdarları ilə polis arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz və səs bombası istifadə ediblər. ABŞ Senatının iclası təxirə salıb. Tramp tərəfdarları Konqresə girərək Senat Zalını mühasirəyə alıb.

İğtişaşlar nəticəsində 4 nəfər ölüb. Komendant saatı tətbiq edildikdən sonra polis 50-dən çox vətəndaşı həbs edib. (publika.az)

Paylaş: