22 Yanvar 2021 19:23

Vaşinqtonda atışma zamanı ölənlərin sayı 4-ə çatdı

Vaşinqtonda keçirilən etiraz aksiyalarda toqquşmalar zamanı 4 nəfər ölüb.

Turkustan.info xəbər verir ki, bunu Vaşinqton polisinin rəhbəri Robert Konti bildirib.

Bundan əvvəl Konqres binası qarşısında polis əməkdaşının açdığı atəş nəticəsində ağır yaralanan aksiya iştirakçısı, ABŞ Silahlı Qüvvələrinin veteranı Eşli Bebbitt həyatını itirib. R. Konti deyib ki, Konqres binası yaxınlığında qarşıdurma zamanı daha 3 nəfər ölüb.

Aksiyalarla əlaqədar 52 nəfər saxlanılıb. Onlar qanunsuz silah daşıma və komendant saatı rejimini pozmaqda günahlandırılır.

Xatırladaq ki, dünən Prezident Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar. Təhlükəsizlik qüvvələri daha sonra onları binadan çıxarmağa nail olub.

Paylaş: