22 Yanvar 2021 19:20

Ehtiraslar qızışır: Amerikada artıq Trampın nüvə düyməsinə basacağından ehtiyat edirlər

Nümayəndələr Palatasının spikerinin sözlərinə görə, Tramp “bölücü işlər” aparıb, hazırda isə “çox təhlükəli adamdır”.

Konqresin Nümayəndələr Palatasının sikeri Nensi Pelosi “ABŞ-ı hazırkı Prezident Donald Trampdan qorumağa” səsləyib.  

Turkustan.info-nun məlumatına görə, bu barədə onun rəsmi saytda yerləşdirilən bəyanatında deyilir. 

“Bu səhər mən Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Mark Milli ilə səbatsız prezidenti hərbi əməliyyatların başlanmasından çəkindirmək və ya nüvə zərbəsinin endirilməsi üçün şifrələrə əlyetənliyinin qarşısının alınması üçün təhlükəsizlik tədbirlərini müzakirə etmişəm”, – Pelosinin bəyanatında deyilir. 

O, bir qədər əvvəl ABŞ prezidentini vəzifəsindən kənarlaşdırmağa çağırıb. Pelosinin sözlərinə görə, Tramp “bölücü işlər” aparıb, hazırda isə “çox təhlükəli adamdır”. O, həmçinin əgər Mayk Pens Trampın iş qabiliyyətli olmadığını bəyan etməzsə, dövlət başçısına qarşı impiçment irəli sürəcəyi ilə hədələyib.

Konstitusiyanın 25-ci maddəsinə görə, əgər vitse-prezident Mayk Pens və Trampın kabinetinin əksəriyyəti onun iş qabiliyyətinin olmadığını təsdiqləsə, o zaman Pens avtomatik olaraq prezidentin vəzifələrinin müvəqqəti icraçısı olur, sonra isə iş konqressə keçir. Və əgər konqres də qərar verməyi ləngitsə, həmin müddət ərzində Pens prezidentin vəzifəsini icra edir.

Çərşənbə günü Donald Trampın çıxış etdiyi mitinqdən sonra onun tərəfdarları Kapitoli binasına hücum ediblər. Binaya zərər vurulub. İğtişaş səbəbindən Konqresin Co Baydenin prezident seçkisində qələbəsini təsdiqləməsi gecikib. Bu fonda demokratların Senatdakı liderləri Trampa qarşı impiçmentə səsləyiblər. Qarşıdurmalarda 2 nəfər ölüb, onlardan biri Kapitolinin polis əməkdaşıdır.    /sputnik.az/

Paylaş: