22 Yanvar 2021 20:16

Erməni prezidentin vəziyyəti AĞIRLAŞDI

Ermənistan prezidenti Armen Sarkisyanın vəziyyəti ağırlaşıb.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Prezidentin köməkçisi Asmik Petrisyan bildirib ki, koronavirusa yoluxmuş Armen Sarkisyanın vəziyyəti ciddi şəkildə narahatlıq doğuur.

Belə ki, onun səhhətində geriləmələr müşahidə edilir.
Hazırda Sarkisyanın həkimlərin nəzarəti altında müalicəyə davam etdiyini deyən köməkçisi bildirib ki, yalnız sağlamlıq durumu sabitləşdikdən və həkimlərin icazəsindən sonra prezident öz vəzifələrini yerinə yetirmək üçün paytaxt İrəvana qayıdacaq. (modern.az)

Paylaş: