19 Yanvar 2021 05:46

İranın dini lideri ABŞ və İngiltərədən koronavirus peyvəndi almağı qadağan etdi

“ABŞ və İngiltərəyə etibar etmirik. ABŞ həqiqətən bir koronavirus peyvəndi tapsaydı, vəziyyətləri belə olmazdı”.

Turkustan.info “İHA”ya istinadən xəbər verir ki, bu sözləri İranın dini lideri Ayətullah Əli Xamenei deyib. Qum şəhərində keçirilən ilk nümayişlərin ildönümü münasibətilə xalqa müraciət edən Xamanei bununla da İngiltərə və ABŞ-dan koronavirus əleyhinə peyvəndin idxalını qadağan etdiyini açıqlayıb:

“Öz istehsal etdiyimiz koronavirus peyvəndi insanlar üzərində sınaqdan keçirilib. Bu, bizim üçün qürur mənbəyidir. Vaksini istehsal edən və bu mövzuda işləyən hər kəsə təşəkkür edirəm. ABŞ və İngiltərəyə etibar etmirik. ABŞ həqiqətən koronavirus peyvəndi tapsaydı, vəziyyətləri belə olmazdı. Bunlara etibar etmək olmaz. Başqa millətlərdən də sınaq obyekti kimi istifadə edə bilərlər”.  /yeniavaz.com/

Paylaş: