Peyvəndi ancaq varlı ölkələr alır – ÜST

Aşağı və orta gəlirli ölkələrin əksəriyyəti hazırda koronavirus əleyhinə peyvənd almayıb.
Turkustan.info xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Qebreyesus deyib.
“Varlı ölkələr peyvəndin böyük hissəsini alıb”, – baş direktor bildirib.
Onun sözlərinə görə, dünyanın 42 ölkəsi koronavirus əleyhinə peyvəndin qəbuluna başlayıb. Onların 36-sı varlı, 6-sə isə ortabab ölkələrdir. /Axar.az/