19 Yanvar 2021 06:37

Türkiyə kosmosa yeni peyk buraxdı

Türkiyənin yeni peyki “Türksat 5A” ABŞ-ın Florida əyalətindəki Kanaveral kosmodromundan kosmosa buraxılıb.

Turkustan.info xəbər verir ki, peyk Türkiyə vaxtı ilə saat 05:15də “SpaceX” şirkətinə məxsus “Falcon 9” raketi ilə kosmik fəzaya çıxarılıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, nazir müavini Ömər Fatih Sayan, “Türksat AŞ” baş direktoru Cenk Şen Kanaveral kosmodromunda raketin buraxılma anını canlı olaraq izləyiblər. Nazir Karaismailoğlu “Türksat 5A” peykindən ilk siqnalın alındığını bildirib.  /Modern.az/

Paylaş: