22 Yanvar 2021 19:39

Ukrayna prezidenti Ərdoğana təşəkkür etdi

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini bildirib.

Turkustan.info xəbər verir ki, Zelenski bu barədə öz “Twitter” səhifəsində paylaşım edib. Ukrayna prezidenti Liviyada girovluqda qalmış ukraynalı dənizçilərin Kiyevə qayıtmasını təşkil etdiyi üçün Ərdoğana minnətdarlığını bildirib.

“Kaptan Hayyam” gəmisinin ekipaj üzvləri olan ukraynalı dənizçilərin 5 illik girovluqdan sonra Ukraynaya qayıtmasından məmnunluq ifadə edilib. Bu işdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oynadığı vacib rol xüsusi vurğulanıb və yüksək qiymətləndirilib.   /Unikal.org/

Paylaş: