17 Yanvar 2021 19:17

Azərbaycanda bu aydan yeni pullar dövriyyədə – FOTOLAR

Tədavülə buraxılacaq 1, 5 və 50 manatlıq pul nişanları cari ilin yanvarın 1-dən yenilənib.

Turkustan.info xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə dizaynı və mühafizə sistemləri yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının tədavülə buraxılmasını elan edib.

Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan müvafiq nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir.

(teleqraf.com)

Paylaş: