19 Yanvar 2021 06:42

Çinin daha iki şəhərində tam qapanma elan olunub

Çinin iki şəhəri – Şitszyaçjuan və Sintayda tam qapanma elan edilib.

Belə ki, bu şəhərlərin 18 milyon əhalisi koronavirus təhlükəsi səbəbindən bir həftə evlərini tərk etməmək barədə göstəriş alıb.

Turkustan.info xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Məlumata görə, hökumətin bu qərarı verməsinə səbəb son bir həftədə həmin şəhərlərdə 127 koronavirusa yoluxma faktının qeydə alınması səbəb olub.

Bu gündən etibarən Şitszyaçjuanda ictimai nəqliyyatın hərəkəti də dayandırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Çin hökuməti COVID-19-a qarşı vaksinasiyanın ölkənin bütün vətəndaşlarına pulsuz vurulması haqqında məlumat vermişdi.   /Cebhe.info/

Paylaş: