19 Yanvar 2021 05:51

Netanyahu: İsrail koronavirusa qalib gələn ilk ölkə olacaq

Martın sonuna qədər İsraildə koronavirusa peyvəndlənməsinin bitirilməsi planlaşdırılır.

Turkustan.info xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. O, peyvəndlənmənin 16 yaşından yuxarı bütün İsrail vətəndaşlarına aid olacağını bildirib. Netanyahu kütləvi peyvəndləmənin “Pfizer” şirkəti ilə bağladığı müqavilə sayəsində mümkün olacağını deyib:

“Biz koronavirusdan sonra doğan ilk ölkə olacağıq. Biz əhalinin bütün müvafiq qruplarını peyvəndləyirik”.  /Axar.az/

Paylaş: