17 Yanvar 2021 20:38

Azərbaycanlı Fidel Kastro öldü – Video

Kuba lideri Fidel Kastronun dünyada nadir oxşarlarından olan Sumqayıt şəhər sakini Vahid Rüstəmov vəfat edib.

Turkustan.info xəbər verir ki, “Sumqayıtlı Fidel Kastro” ötən gün 71 yaşında dünyasını dəyişib. O, Azərbaycan Dövlət Gömrük Komitəsində, Heydər Əliyev Hava Limanında 20 il inspektor vəzifəsində işləyib.

V.Rüstəmov müxtəlif ölkələrdə keçirilən oxşarların müsabiqəsində iştirak edib. Bu müsabiqələrdə 43 siyasi xadimin oxşarı da yer alıb.

Allah rəhmət eləsin!

/Axar.az/

Paylaş: