Bayraktar “WhatsApp”dan imtina etdi

“Bayraktar TB-2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, Türkiyənin “Baykar” şirkətinin Baş direktoru Səlcuq Bayraktar “WhatsApp” mesajlaşma proqramından imtina etdiyini bildirib.
Turkustan.info xəbər verir ki, bununla bağlı o “Twitter” sosial şəbəkəsindəki hesabından məlumat yayıb.
Bayraktar bildirib ki, buna səbəb proqramın yeni təhlükəsizlik qaydalarıdır.