25 Yanvar 2021 23:33

Rusiyasız İLK GÖRÜŞ: Azərbaycan və Ermənistan DTX rəisləri bir arada

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyanla görüşüb.

Turkustan.info xəbər verir ki, görüşlə bağlı Ermənistan MTX-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş Ermənistanın Ararat bölgəsinin Yerasx icmasına bitişik sərhəddə – neytral zonada baş tutub. Görüş zamanı girov və əsirlərin mübadiləsi, eləcə də itkin düşənlərin axtarışı məsələləri müzakirə edilib.

Qeyd edək ki, daha öncə mediada Abazyanla Nağıyevin yaxın vaxtda görüşəcəyi barədə məlumat yayılmış, ancaq rəsmi dairələr xəbəri təsdiqləməmişdi. Bundan əlavə, Abazyanın Bakıya səfər edəcəyi xəbəri də mətbuatda yayılmışdı.  /Axar.az/

Paylaş: