22 Yanvar 2021 18:45

Qırğızıstanda prezident seçkiləri – Sadır Japarov qalib gəlir

Bu gün – yanvarın 10-da Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilib.

Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, ölkə prezidenti vəzifəsini icra edən Sadır Japarov seçkilərdə qalib gəlir.

Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrinin 90,06 faizinin səslərinin hesablanmasından sonra S.Japarov 79,15 faiz səslə liderdir.

İlkin məlumata görə, seçkilərdə 1 milyon 213 min 16 seçici iştirak edib.

Sadır Japarovun ən yaxın izləyicisi Adahan Madumarod 6,56 faiz səs toplayıb.

Xatırladaq ki, prezident seçkilərinə 17 namizəd qatılıb. Onların arasında siyasətçilərlə yanaşı, məmurlar, iş adamları, güc strukturlarının nümayəndələri də var.   /Modern.az/

Paylaş: