19 Yanvar 2021 07:06

RƏSMİ AÇIQLAMA: Sabah Moskvada görüşürlər

Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılacaq.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq (APA).

Paylaş: