Rusiya daha 182 ermənini Qarabağa QAYTARDI

Rusiya daha 182 ermənini Qarabağa QAYTARDI

Rusiya sülhməramlıları Ermənistan Respublikası ərazisindən Qarabağa istiqamətlənmiş növbəti karvanı müşayiət ediblər.

Turkustan.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağdan Ermənistana qaçmış daha 182 nəfər erməni avtobuslarla Yerevandan Xankəndiyə çatdırılıb.

Ümumilikdə bu günə kimi, 48241 erməninin daimi yaşamaq üçün Qarabağa qayıtdığı bildirilir.

“Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları ermənilərin daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edir, onlara humanitar yardım göstərir və mülki infrastrukturu bərpa edirlər.

Vəziyyətin gecə-gündüz monitorinqi və 23 müşahidə məntəqəsində atəşkəs rejiminə əməl olunmasına nəzarət aparılır”,-deyə məlumatda bildirilir.  /Modern.az/

Paylaş:

Share