22 Yanvar 2021 19:40

Təhlükəli virus Rusiyaya çatdı

Rusiyada koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.

Turkustan.info İnterfaks-a istinadən xəbər verir ki, bu barədə ölkənin İstehlakçı Hüquqlarının Müdafiəsi və Rifahına Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova “Russia 1” telekanalına müsahibəsində deyib.

Bildirilir ki, ştamm İngiltərədən qayıdan rusiyalılar arasında aparılan test nəticəsində bir kişidə aşkarlanıb.

Qeyd edək ki, koronavirusun “Britaniya ştammı” yayılma sürətinə görə təhlükəli hesab edilir.   /Modern.az/

Paylaş: