17 Yanvar 2021 12:39

Qarabağda daha 10 erməni hərbçisinin cəsədi tapıldı

Ermənilərin yanvarın 11-də Hadrut, Cəbrayıl rayonlarında apardıqları axtarışlar zamanı Ermənistanın ikinci Qarabağ müharibəsində həlak olmuş daha 10 hərbçisinin cəsədləri tapılıb.

Turkustan.info xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Bildirilib ki, bununla da Qarabağda aparılan axtarış işləri zamanı cəsədləri aşkarlanan erməni hərbçilərinin sayı 1 222-yə çatıb.  /Modern.az /

Paylaş: