16 Yanvar 2021 06:42

8 noyabr Zəfər Günü qeyri-iş günü olacaq – Prezident qanunu imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiq edib. 

Turkustan.info xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycanda 8 noyabr Zəfər Günü qeyri-iş günü olacaq.

Digər dəyişikliyə əsasən, hər il sentyabrın 27-si – Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür. 

Paylaş: