22 Yanvar 2021 20:16

İrana qarşı şok ittiham – ABŞ kəşfiyyatının gizli məlumatları açıqlanır

ABŞ Dövlət katibi Mayk Pompeo İranı Amerika kəşfiyyatının gizli sənədləri əsasında “Əl-Qaidə” terror təşkilatı ilə əməkdaşlıqda ittiham etmək niyyətindədir

Turkustan.info xəbər verir ki, bu barədə “Röyter” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşrə görə, Pompeo İranı terror təşkilatına dəstək verməklə yanaşı, üzvlərinə sığınacaq verməkdə ittiham edəcək.

Agentliyin məlumatına görə, Pompeo ABŞ-ın kəşfiyyat məlumatlarına əsaslanaraq, “Əl-Qaidə” liderlərindən birinin keçən ilin avqust ayında aradan götürülməsi barədə də açıqlama verə bilər.

“Nyu-York Tayms” qəzeti noyabr ayında ABŞ kəşfiyyat orqanlarındakı mənbələrə istinadla “Əl-Qaidə” liderlərindən biri olan Keniya və Tanzaniyada Amerika səfirliklərində terror hücumları təşkil etməkdə şübhəli bilinən Abdullah Əhməd Abdullahın İranda qətlə yetirildiyini yazıb. Qəzetin məlumatına görə, terrorçunun öldürülməsi ilə nəticələnən əməliyyat avqustun 7-də İsrail kəşfiyyatı tərəfindən Tehranda həyata keçirilib.

ABŞ-ın Keniyadakı və Tanzaniyadakı səfirliklərinə hücumlar 1998-ci ildə baş verib. Terror aktının qurbanları 12 Amerika vətəndaşı da daxil olmaqla 224 nəfər olub. (teleqraf.com)

Paylaş: