16 Yanvar 2021 06:16

Moskva görüşü öncəsi: “Rusiyalı həkimlər Azərbaycana və Ermənistana gedib” – Kreml

Moskvada 11 yanvarda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşündə Prezident Putinin hər iki liderlə qucaqlaşaraq görüşməsi diqqəti cəlb edib.

Hər 3 ölkənin mətbuatı buna xususi diqqət yetirib.

Turkustan.info xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov görüşdən əvvəl rusiyalı həkimlərin Azərbaycana və Ermənistana getdiyini bildirib: “Rusiyalı həkimlər 11 yanvar öncəsi Azərbaycan və Ermənistana uçub”.

Bununla belə, Kreml sözçüsü həkimlərin səfərinin məqsədi barədə danışmayıb və bunu 16 yanvara qədər məzuniyyətdə olmasıyla əlaqələndirib.

Xatırladaq ki, yanvarın əvvəlində Nikol Paşinyanın koronavirus şübhəsi səbəbi ilə özünütəcridə keçdiyinə dair xəbər yayılıb.     /Cebhe.info/

Paylaş: