19 Yanvar 2021 06:29

“Taclı” necə meydana cıxdı? – Virusun mənşəyi məlum olub – ARAŞDIRMA

Pirbrayt İnstitutu və Kembric Universitetinin alimləri SARS-CoV-2-də dəyişiklik olduğunu və buna görə onun insan üçün patogen virusa çevrildiyini aşkar ediblər.

Turkustan.info xəbər verir ki, bu barədə “PLOS Biology” jurnalında məqalə dərc edilib.

Alimlər bildiriblər ki, virusun yarasalardan insana keçməsi genetik adaptasiyadır və bu, 2003-cü ildə baş verən atipik pnevmoniyanın analoji davamıdır. Alimlərin fikrincə, bu hadisə ümumi mexanizm nəticəsində yaranıb və virus heyvanlardan insanlara keçərək mutasiya olunub.

Tədqiqat aparan mütəxəssislər SARS CoV-2-ni 96 faiz ona bənzəyən RaTG13 virusları ilə müqayisə ediblər. Müəyyən edilib ki, SARS-CoV-2-də aşkarlanan dəyişikliklər tarixi prosesdir və bu virusa öz sərhədini aşmağa yardımçı olur.    /Cebhe.info/

Paylaş: