22 Yanvar 2021 19:54

Tramp fövqəladə vəziyyət elan etdi

ABŞ prezidenti Donald Tramp fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini açıqlayıb. Bu barədə Ağ Evin yaydığı sənədində deyilib.

Bildirilib ki, Tramp yeni seçilmiş prezident Cozef Baydenin 20 yanvarda andiçmə mərasimi ərəfəsində təhlükəsizliyin təmin edilməsi üçün səyləri ilə əlaqədar olaraq Vaşinqtonun hakimiyyət orqanlarına federal yardım göndərdi.

Məlumata əsasən, bununla bağlı paytaxt meri Müriel Bouzer Konqresdəki iğtişaşlardan sonra baş verə biləcək təhdidlərlə əlaqədar olaraq Vaşinqton administrasiyasının rəhbərinə müraciət edib.

Bu qərar federal orqanlara şəhərə sürətləndirilmiş rejimdə yardım göstərmək üçün vəsait ayırmasına imkan verəcəkdir.

 

Paylaş: