17 Yanvar 2021 12:32

Türkiyə Fransa və Yunanıstanla yaxınlaşır? – Ərdoğan açıqladı

Türkiyə Fransa ilə münasibətlərini gərginlik səviyyəsindən xilas etmək istəyir.

Turkustan.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinə (AB) üzv dövlətlərin səfirləri ilə görüşdə deyib.

Aralıq dənizinin şərq hissəsində baş verən proseslərdən danışan Ərdoğan bölgəni rəqabətə deyil, əməkdaşlıq hövzəsinə çevirməyin vacib olduğunu bildirib:

“Yunanıstanı gərginliyi artıran fəaliyyətlərdən çəkinməyə çağırırıq. Yunanıstanla yanvarın 25-də başlayan danışıqların yeni bir dövrün xəbərçisi olacağına inanıram”.  /Axar.az/

Paylaş: