23 Yanvar 2021 21:35

Universitetlər bu tarixdə açılacaq – Azərbaycanda

Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycanda 2020-ci ilin mart ayında etibarən təhsil müəssisələri bağlanıb.

2020-ci ilin sentyabr ayında tədris ili başlayan zaman bir müddət ibtidai siniflər üçün dərslər bərpa edildi, universitetlər də qısa müddət tələbələrin üzünə açıldı.

Amma qısa zaman sonra yenidən təhsil müəssisələrinin fəaliyyəti dayandırıldı. Hazırda da təhsil onlayn formada davam etdirilir.

Cebhe.info-ya daxil olan məlumata görə, universitetlərin açılacağı ilə bağlı rektorlara məlumat verilib. Bildirilir ki, hətta universitetlərin açılacağı müddət də bəllidir. İddia olunur ki, cari ilin fevral ayının sonlarında universitetlərdə təhsil bərpa ediləcək.

Qeyd edək ki, bununla bağlı hələlik rəsmi qərar yoxdur. Hazırda ölkə üzrə sərtləşdirilmiş karantin tətbiq edilir. Sərtləşdirilmiş karantin rejimi 18 yanvar tarixinə qədər qüvvədədir.

 

Paylaş: