22 Yanvar 2021 12:59

Azərbaycan ordusu atəşkəsi pozmayıb – Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi bu gün erməni KİV-ində yayılmış Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı qətiyyətlə təkzib edir.

Turkustan.info bildirir ki, bunu Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaydan Ordusu 2020-ci il noyabrın 10-da əldə olunan üçtərəfli razılaşmaya sadiqdir:

“Azərbaycan ordusu atəşkəsi heç bir halda pozmayıb”.

Paylaş: