16 Yanvar 2021 07:03

Dərslər ənənəvi qaydada keçiriləcək? – Nazirlik

Ölkədə koronavirusla əlaqədar vaksinasiyaya hazırlıq işlərinin başlaması sosial şəbəkələrdə dərslərin yaxın zamanda ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlumatların yayılmasına səbəb olub.

Məsələ ilə bağlı Axar.az-a danışan Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov qeyd edib ki, ənənəvi tədrisə keçidlə bağlı hələ qərar qəbul edilməyib:

“Tədris ilinin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu, ilk növbədə Təhsil Nazirliyinin resurslarında paylaşılacaq”.

Paylaş: