17 Yanvar 2021 13:03

Qənirə Paşayeva qəhrəman şəhidimiz Nurlan Sultanovun ailəsi ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini, Vətən Müharibəsinin şəhidi Nurlan Yaşar oğlu Sultanovun qardaşı Tamerlan Sultanovla görüşüb.
Komitə sədri şəhid qardaşını düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz Şəhid qardaşı, Nurlan və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
Qardaşınız Nurlan Vətən Müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib. Qəhrəman şəhidimiz Azərbaycan Prezidentinin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Bu medal qardaşınıza, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə verilib. İndi onunla yalnız siz doğmaları, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir.
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailəsi üzvlərisiz.
Əziz şəhid qardaşı,
Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edirəm! Xahiş edirəm bizim salam-sayğılarımızı ailə üzvlərinizə çatdırasız. Q.Paşayeva T.Sultanova üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı hədiyyə edib.
Q.Paşayeva Mədəniyyət Komitəsi adından şəhid anası Rəna Teymur qızı Mustafayevaya ünvanlanmış Məktubunu və üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatını T.Sultanova təqdim edib.

Paylaş: