22 Yanvar 2021 19:38

Çində 7 aydan sonra COVID-19-dan ilk ölüm qeydə alınıb

Ötən sutka Çinin materik hissəsində COVID-19 infeksiyasına 138 təsdiqlənmiş yoluxma halı, 78 asimptomik hal və virus səbəbindən bir ölüm qeydə alınıb.

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına iəsasən, Çində COVID-19 virusundan sonuncu dəfə ölüm halı 2020-ci il mayın 20-də qeydə alınmışdı.

Budəfəki ölüm halı hazırda virusun sürətlə yayıldığı Hebey vilayətində baş verib. Elə gündəlik yoluxma hallarının sayı da ilk dəfə ən böyük həddə çatıb.  /modern.az/

Paylaş: