23 Yanvar 2021 20:35

Ermənistan Qarabağda yeni müharibəni İSTİSNA EDİR

“Güc tətbiqi münaqişənin yeni mərhələsinə səbəb ola bilər, amma bu, münaqişəni həll etməyəcək”.

Turkustan.info xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ara Ayvazyan bildirib. Məsələ ilə bağlı o, parlamentin xarici əlaqələr komitəsi ilə müzakirələr aparıb.

“Qarabağ münaqişəsi yalnız hamının hüquqları qorunmaqla siyasi danışıqlar yolu ilə həll oluna bilər. Müharibənin səbəb və nəticələrini aradan qaldırmaqla Cənubi Qafqaz regionuna sülh və barışıq gətirmək olar”- deyə Ayvazyan söyləyib.

Ara Ayvazyan Qarabağda yeni müharibənin başlanmasında maraqlı olmadıqlarını əlavə edib.  /Modern.az/

Paylaş: