27 Yanvar 2021 02:32

İranlı karateçi qızıl medalını Qarabağda ölən erməni idmançının ailəsinə verdi – FOTO

2017-ci ildə kiokuşinkay karate üzrə açıq Ermənistan çempionatını qazanan İran idmançısı Əhməd Bağeripur hörmət əlaməti olaraq qızıl medalı erməni karateçi Artur Sukiasyanın ailəsinə təhvil verib.

Turkustan.info xəbər verir ki, bu haqda məlumatı “Sputnik Armenia” nəşri İranın Ermənistandakı səfirliyinə istinadən yayıb.

Mənbə yazır ki, Artur Sukiasyan 2020-ci ilin sonunda Qarabağ müharibəsi zamanı ölüb.

“Artur Sukiasyan və Əhməd Bağeripur bir sıra beynəlxalq yarışlarda iştirak ediblər və dost olublar”. Açıqlamada belə deyilir.

Bağeripur qızıl medalı Artur Sukiasyanın ailəsinə təhvil vermək üçün yanvarın 13-də İranın Ermənistandakı səfirliyinin üçüncü katibi Qor Şahverdyana verib.  (qazet.az)

Paylaş: