23 Yanvar 2021 21:53

Mərkəzi Bankın səs-küylü məlumata reaksiyası niyə GECİKİR…

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasının tikiləcəyi və bu məqsədlə 218 milyon avro ayrılacağı bildirilir.

Turkustan.info xəbər verir ki, iki gündür sosial şəbəkələr və bir sıra yerli, habelə  xarici mətbuat Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına istinadən belə məlumat yayıb.

Məlumat ciddi rezonans doğurub.

Məlumatda qeyd edilib ki, binanın inşası, avadanlıq və material təchizatı ilə tenderin qalibi Türkiyənin “Tekfen İnşaat və Tesisat A.Ş.” şirkəti məşğul olacaq.

Tenderin məbləğı 218 milyon avro göstərilsə də, bu vəsaiti konkret hansı qurumun ödəyəcəyi açıqlanmır.

Azərbaycan Mərkəzi Bankı isə hələ ki yayılan məlumatlara münasibət bildirməyib.

Mərkəzi Bank üçün yeni inzibati binanın tikintisinə dair qərarı Nazirlər Kabineti hələ 2011-ci ildə verib. Bu məqsədlə Heydər Əliyev prospektində müvafiq torpaq sahəsi də ayrılıb.

Məlumata görə, yeni bina Bakının Nizami rayonunda, Heydər Əliyev Prospekti-109 ünvanda yerləşəcək. Binanın hündürlüyü təqribən 160 metr  olmalıdır.   /Modern.az/

Paylaş: