23 Yanvar 2021 22:11

Moskvada məktəblər açılır: Azərbaycanda tətbiq edilən qayda indi Rusiyada

Rusiya paytaxtı Moskvada orta məktəblərdə tədris yanvarın 18-dən etibarən bərpa olunacaq.

Turkustan.info xəbər verir ki, qərarı ictimaiyyətə Moskvanın meri Sergey Sobyanin bildirib.

O qeyd edib ki, dərslər bərpa olunduqdan sonra koronavirusa yoluxma qeydə alınan şagirdin olduğu sinif distant təhsilə keçəcək. Məktəbdə isə dərslər davam etdiriləcək.

Bu qayda Azərbaycanda da müəyyən müddət tətbiq olunub və sonra yoluxma artdığından məktəblər təkrar bağlanıb.

Moskvada kollec və universitetlər isə yanvarın 21-dək bağlı olacaq.   /Cebhe.info/

Paylaş: