22 Yanvar 2021 12:57

Rusiyalı polkovnik ermənilərin yaydığı xəbəri yalanladı

Qarabağda atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.
Turkustan.info xəbər verir ki, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini, polkovnik Dmitri Perepelkin deyib.
O bildirib ki, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətin monitorinqi aparılır.
“Atəşkəs pozuntuları qeydə alınmayıb”, – deyə Perepelkin vurğulayıb.
Qeyd edək ki, bu gün Ermənistan KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə dezinformasiya yayıblar.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı erməni KİV-lərində yer alan xəbərləri təkzib edib. Diqqətə çatdırıb ki, Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb.   /Sfera.az/

 

Paylaş: