Trampa impiçment elan olundu: ABŞ tarixində İLK

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampa impiçment elan edib.
Turkustan.info xarici KİV-ə istinadən bildirir ki, qərarın lehinə 232, əleyhinə 197 konqresmen səs verib. Lehinə olanlar arasında 10 respublikaçı da var.
İmpiçmet ancaq bir maddə üzrə- iğtişaşa çağırışıa görə elan olunub. Qətnamədə deyilir ki, bu hərəkət Konstitusiyaya ziddir.
Beləliklə, Tramp ABŞ tarixində Aşağı Palatanın iki dəfə impiçent elan etdiyi prezident oldu. /Cebhe.info/