Makron Ərdoğana türkcə məktub göndərdi – “Ermənilərə şapalaq…”

Makron Ərdoğana türkcə məktub göndərdi – “Ermənilərə şapalaq…”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan səfəri sonrası ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Fransa ilə münasibətlərdə son vəziyyəti qiymətləndirən Çavuşoğlu bu sahədə müsbətə doğru irəliləyiş olduğunu, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makrondan pozitiv ruhlu məktub aldığını bildirib.

“Fransa xarici işlər naziri Jan-İv Le Drian ilə son görüşümüzdə “gəlin bir yol xəritəsi üzərində işləyək”, – deyə razılaşdıq. Sonra Prezidentimiz cənab Makrona bir məktub göndərdi və onu yeni il münasibətilə təbrik etdi. Daha sonra isə fransızlar 4 sahədə məsləhətləşmələrə başlamaq üçün bizə geri dönüş etdilər, biz də razılaşdıq. İki gün əvvəl isə Makrondan çox müsbət bir məktub aldıq. Münasibətləri inkişaf etdirmək arzusu, Türkiyəyə verdikləri əhəmiyyətlə bərabər, Avropa üçün Prezidentimizlə görüşməyi arzu etdiklərini vurğulayan, olduqca müsbət, hətta türkcə xitablı (Məktub “Dəyərli Tayyib” sözləri ilə başlayır) bir məktub aldıq. Prezidentimiz “məmnuniyyətlə görüşərik”,- deyə cavabladı. Əvvəlcə videokonfrans və telefon zənglərindən bəhs olunur”.

Politoloq Elxan Şahinoğlu Makronun Ərdoğana məktubu və bu əsasda Fransa-Türkiyə münasibətlərinin inkişaf dinamikasını şərh edib:

Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub yazaraq onunla görüşmək istədiyini bildirib. Bu gedişat həm Ankaranın, həm də Bakının maraqlarına uyğundur. Makron ilk gündən Türkiyə əleyhinə addımlar atdı, islamafob çağırışlar etdi. Bunun qarşılığında Ərdoğan Makronu sərt tənqid etdi. Fransa bu qarşıdurmadan heç nə qazanmadı, əksinə itirdi.
Məktub yazan Makron “siyasətdə əbədi düşmənlər olmur” prinsipindən çıxış edərək Ankara ilə münasibətləri normallaşdırmağa qərar verib. Makron Türkiyənin bölgədə artan gücü ilə hesablaşmaq məcburiyyətində qalıb. Fransa Rusiyadan artıq deyil. Moskva Türkiyə ilə hesablaşırsa, Paris də Ankara ilə düşmənçiliyin kimsəyə fayda gətirməyəcəyi anlamalıdır. Ərdoğan Makronla onlayn formatda görüşməyə hazır olduğunu deyib.
Makron-Ərdoğan dialoqu Ermənistana və Fransadakı erməni lobbisinə yaxşı şapalaq olacaq. Ermənilər bir müddət Makronun anti-Türkiyə və anti-Ərdoğan siyasətindən faydalanmağa çalışdılar. Ancaq ermənilər bundan nəticə əldə etmədilər. Türkiyə ilə düşmənçiliyin Fransaya faydası yoxdur. Böyük Britaniya və İtaliya Fransanın yolunu tutmadılar, Türkiyə ilə hesablaşdılar, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdılar. Fransa isə müharibədə Ermənistana siyasi və diplomatik dəstək verməklə Azərbaycanla da münasibətlərə zərbə vurdu. Münkündür ki, Makron bu səhvini də anlayaraq Bakı ilə dialoqa başlasın. Belə olarsa, Ermənistan hakimiyyəti və Fransadakı erməni lobbisi növbəti xəyal qırıqlığına uğrayacaq. Ermənilər anlamalıdırlar ki, böyük dövlətlər bölgənin aparıcı dövlətləri olan Türkiyə və Azərbaycanla düşmən olmaq istəmirlər, əməkdaşlığın yollarını axtarırlar.
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib ki, bölgə ölkələri ilə iqtisadi əməkdaşlıqdan faydalanmaq mümkündür. Eyni zamanda Paşinyanın partiyasının üzvləri deyirlər ki, bundan sonra revanş və müharibə mümkün deyil, qonşularla normal münasibətlər qurmaq lazımdır. Ağıllanırlarmı? Yaxın gələcək göstərəcək.

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al