Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə yeni rəis təyin edilib.
Turkustan.info xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Samir Məcidov Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin yeni rəisi olub. O, daha öncə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.