Deputat Aqil Məmmədov şəhid ailələri ilə görüşüb – FOTOLAR

Deputat Aqil Məmmədov şəhid ailələri ilə görüşüb – FOTOLAR

Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov əhalinin hassas təbəqələrindən olan vətəndaşlarla görüşlərini davam etdirir.

Millət vəkili Göygöl rayonunda məskunlaşmış şəhid ailələrində olub. Vətən Müharibəsinin şəhidləri İsmayıl Mahir oğlu Məmmədli və Samir Elxan oğlu Bayramovun ailə üzvləri ilə görüşüb.

Görüşdə Vətən müharibəsinin gedişatı, Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad olunması, şəhidlərimizin qanı hesabına əldə etdiyimiz Zəfər haqqında danışılıb. Millət vəkili A.Məmmədov qeyd edib ki, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri hər zaman olduğu kimi bundan sonra da dövlətimizin, ölkə rəhbərliyinin diqqət və qayğısı altında olacaq.

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al