Mobil operatorların antenləri sağlamlığa zərərlidirmi?

Mobil operatorların antenləri sağlamlığa zərərlidirmi?

Mütəxəssisin fikrincə, antenlər alçaq radiusdadırsa, ziyanı hədsizdir. Mobil operator antenlərinin quraşdırılması prosesinin monitorinqi aparılmalıdır.

Azərbaycanda mobil operatorların yaşayış məntəqələrində quraşdırdığı antenlərlə bağlı “Qaynar xətt”ə 17 şikayət daxil olub. ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, hər bir şikayətin yerində araşdırılması məqsədilə ölçü işləri aparılıb.

Belə ki, 17 şikayətin 16-da şüalanma norma daxilində müəyyən edilib. Onun sözlərinə görə, bu qurğuların müəyyən texniki parametrləri olur. Bu antenlərdən təkcə Bakıda istifadə edilmir. Bu gün belə antenlərdən bütün dünyada istifadə edilir. Onların texniki pasportunda əhatə dairəsi qeyd edilir.

Mütəxəssis bildirib ki, texniki pasportda qeyd olunan göstəricilərdə antenlərin mənfi təsiri 2 metr məsafə dairəsində olmur.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mobil operatorların antenlərinin quraşdırılması ilə bağlı standartları əks etdirən qaydalar var.

“Mobil operatorların antenləri yaşayış olmayan ərazilərdə, ən az 30 metr hündürlükdə yerləşdirilməlidir. Belə olan təqdirdə onun təsirləri minimuma endirilmiş olur”, – deyən mütəxəssis vurğulayıb ki, müəyyən dövlət qurumları antenlərin yerləşdirilməsi ilə bağlı razılıq verməlidir.

“Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Sanitariya-epidemioloji xidmətin razılığı olmadan haradasa antenlərin quraşdırılması qadağandır. Buna baxmayaraq, şəxsi həyətlərdə, restoran və şadlıq saraylarının üzərində, məktəb və uşaq bağçalarının yanında antenlər quraşdırılır. Bu qanuna zidd bir haldır. Bu standartlara uyğun quraşdırılacaqsa, onun hündür qülləsi olmalıdır. Mobil operatorların antenləri səpələnmiş haldadır. Burada bir nizamlı sistem qurulmayıb. Kənar, yaşayış olmayan ərazilərdə normal qülləsi olan antenlərin quraşdırılması xərcləri böyükdür. Yəni mobil operatorlar bu prosesə 100-200 min manat xərc çəkməlidir”, – deyən ekspert vurğulayıb ki, mobil operatorlar bu xərci dəfələrlə azalda bilmək üçün antenləri məktəblərin, uşaq bağçalarının, kafe və restoranların üzərinə yerləşdirirlər. Bu qənaət riskləri artırır. Monitorinqlər aparılarsa, mobil operatorların antenlərinin quraşdırıldığı ərazilərdə insanların ölüm nisbəti ortaya çıxar.

Mütəxəssisin fikrincə, antenlər alçaq radiusdadırsa, ziyanı hədsizdir. Mobil operator antenlərinin quraşdırılması prosesinin monitorinqi aparılmalıdır.

“Monitorinqlər aparılmalı, statistika ortaya çıxarılmalıdır. Antenlərin hansı standartlarla quraşdırıldığı müəyyən edilməlidir. Bu ciddi əhəmiyyətli məsələdir. Monitorinqlərdən sonra ciddi addımlar atılmalıdır. Ehtiyac olarsa, antenlərin yerləşdirilməsi standartını əks etdirən qaydalar sərtləşdirilməlidir”, – deyə ekspert bildirib. Onun sözlərinə görə, son zamanlar yaşayış evlərinin tikintisi prosesi sürətlənib. Əgər əvvəllər mobil operatorların yaşayış ərazisi olmayan yerlərdə antenlər var idisə, indi bu antenlər yaşayış ərazilərinə düşə bilər: “Amma mobil operatorlar həmin antenlərin yerinin dəyişdirilməsi barədə düşünmür”.

Mütəxəssislərin fikrincə, elektromaqnit şüalanma insanların sağlamlığına mənfi təsir göstərə bilər.

Həkim terapevt Məlahət Abbasova bildirir ki, mobil operatorların antenləri yaşayış evlərinə yaxındırsa, bu ilk növbədə fizioloji pozuntuya səbəb ola bilər. Bu zaman ürəkbulanma, baş ağrısı, yorğunluğun artması müşahidə edilir. Eyni zamanda psixoloji pozuntular əsəbilik, özünü idarəetmədə çətinlik və s. ola bilər: “İnsan radio şüalanmaya məruz qaldığı zaman endokrin, əsəb, immunitet, reproduktiv sistemlərdə problemlər müşahidə edilir. Bu təsir onkoloji xəstəliklərin yaranmasına gətirib çıxara bilər”.

Həkim vurğulayıb ki, şüalanma uşaqlar, hamilə qadınlar, mərkəzi sinir, ürək-damar sistemi və allergiya xəstəliklərindən əziyyət çəkən insanlar üçün xüsusilə təhlükəlidir.   /sputnik.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al