İranın Daxili İşlər Nazirliyi ölkənin bütün qubernator və polis bölmələrinə sərəncam göndərib. Sərəncamda qeyri-fars yazılara qarşı “qanuni tədbir”lər görmək barədə tapışırıq verilib.
11 oktyabr 2020-ci ildə, İranın Mədəniyyət və İslami İrşad nazirinin və fars Dili Akademiyasının rəisinin iştirakı ilə keçirilən “fars dilinin qorunması üzrə kordinasiya Şurası”nın iclasında yeni qərar qəbul edildi.
Qərara əsasən dövlət qurumlarından “qeyri-fars dilində ad seçən mağaza, şirkətlər və sinəma filmlərinə lisenziya verməmələri istənildi və Polis idarələri buna əməl etməyənlərə qarşı tədbirlər görməsi ilə görəvləndirildi.
Bu qanunun təsdiqi azərbaycanlı vətəndaşların və ardınca Güney Azərbaycan nümayəndələrinin etirazları ilə qarşılandı.