İşlər tamamlanır: 1-i general olmaqla 35 türk zabiti Ağdamda…

İşlər tamamlanır: 1-i general olmaqla 35 türk zabiti Ağdamda…

Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr üçtərəfli razılaşmasının şərtlərinə uyğun olaraq Ağdamda qurulan ortaq türk-rus monitorinq mərkəzinin inşası tamamlanmaq üzrədir.

Turkustan.info  Virtualaz.org-a istinadən xəbər verir ki, mərkəzin tamamən hazır hala gətirilməsi durumunda yanvar ayı ərzində açılacağı gözlənilir. Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya ortaq mərkəzində 1-i general olmaqla 35 türk zabiti xidmət edəcək. Mərkəzdə eyni sayda Rusiya hərbçiləri də olacaq. Atəşkəsin qorunmasına daha çox hava vasitələri ilə nəzarət olunacaq. Mümkün atəşkəs pozulmaları qeydə alınarsa bu haqda Ankara və Moskva dərhal məlumatlandırılacaq.

Xatırladaq ki, mərkəzin fəaliyyətində iştirak edəcək Türkiyə hərbçiləri bir neçə həftə əvvəldən Azərbaycana göndərilib. O cümlədən Türkiyənin hərbi-nəqliyyat təyyarələri zəruri texniki vasitələri və hərbçilərin yaşaması üçün nəzərdə tutulan konteynerləri daşıyıb.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al