Azərbaycan PUA-ları savaş strategiyasını dəyişdi – Ekspert

Azərbaycan PUA-ları savaş strategiyasını dəyişdi – Ekspert

Qarabağ müharibəsi zamanı Azərbaycanın pilotsuz uçuş aparatları (PUA) müasir müharibələrin strategiyasını dəyişdi.

Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bunu israilli hərbi ekspert Set Frantsman deyib.

Onun sözlərinə görə, Azərbaycan müdafiə büdcəsinin mühüm hissəsini İsrail və Türkiyə istehsalı olan PUA-ların alınmasına yönəldib:

“Azərbaycan çoxlu sayda İsrail istehsalı olan və “kamikadze dronlar” kimi tanınan PUA işə salmışdı. Əgər düşmənin mürəkkəb hava hücumundan müdafiə sistemləri yoxdursa, bu dron dəstəsi hədəfləri asanlıqla sıradan çıxara bilir. Dronların ilk təbəqəsi hava hücumundan müdafiə sistemini, ikinci təbəqəsi tankları, üçüncü təbəqəsi isə artilleriyanı məhv edir. Bundan sonra yalnız düşmən əsgərlərini zərərsiləşdirmək qalır”.

Ekspert əlavə edib ki, Azərbaycan həm də çoxlu sayda Türkiyə istehsalı olan “Bayraqdar TB2” PUA-sından istifadə edib.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al